manera.az
manera.az

Şəhriyar Del Gerani sənin fatihəni oxuyaq? | MANERA.AZ

Şəhriyar Del Gerani sənin fatihəni oxuyaq? | MANERA.AZ
Manera.az
Yetim Qacar

Pah! böyük iş olub... Elza özünü şair hesab edib şeir yazıb, bir dəstə ədəbiyyatşüvən də durub qələmlərini çəkib düşüblər Elzanın üstünə...

Bax, belə mövzu qəhət olan mətbuata ele Elza lazımdır. Duran desin, qələm tutan yazsın. Elə danışırlar guya bu gün ədəbiyyatda at oynadan bəziləri Elzadan 100 baş üstündür. A bala, əlbala yox a, a bala, nə vermisiniz Elzaya ala bilmirsiniz?

Mən şəxsən Elzanın yerinə olsam, sizinlə faktla danışardım. Konkret adlar çəkərdim, deyərdim, məsələn, bəh- bəhlə “Taxta qələm”, “Saxta qələm”, “Tuxta qələm” kimi mükafatlar verilən şairlər və şairələr məndən çox yaxşımı yazır?

Ədəbiyyat ədəbdən uzaq olanlarla doludur və eləcə də bu ədəbiyyatdan kənar məmmədhəsənlər də “facebook”da bizim kimi şairərələrin şəklinə baxıb şeirini oxumadan bəh-bəhlə tərifləyəndə harda idiniz, a ədəbiyyatşüvənləri? Bizki şair doğulmadıq, bax “like”lar aldatdı bizi! Guya bilmirəm də, ədəbi mühüti şou biznesə çevirmisiniz. Güya bilmirəm ki, ədəbiyyatda da bir dəstə qadın fironluq edir. İnanmasanız, subut kimi ortaya Rüstəm Kamaldan misal gətirərəm. Bir sürü mənasız arvad yığını o məclis sənin, bu məclis mənim düşüblər ədəbiyyatın canına. Bax, buna nə deyəsiniz? Mən hələ demirəm a Rustəm Kamal qətiyyətlə deyib. “Azərbaycan ədəbiyyatı hələ öz qadın dahisini yetişdirməyib”. Bax, Rüstəm Kamalın iddialarına kimsə şübhə edirsə, mənə yox, iddia sahibinə müraciət etsinlər və iradlarını bildirsinlər. Mən kiməm ki? Balaca adamam… Daha dəqiq desəm, balaca yetim adamam...

Güya ki, bir sürü mənasız arvad yığımında bir arvad artıq olsa nə olacaq, əksik olsa nə olacaq?

Yeri gəlmişkən, a Şəhriyar Del Gerani, sən öz zamanına hörmət etməyib öz dəyərinə və oxucularına dəyər verməyib zamanını Elza xanımla mübahisəyə həsr edəcəksənsə, de, indidən sənin fatihəni oxuyaq…


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031