manera.az
manera.az

Gecikdim qədrini bilməyə sənin...

📅 07.07.2015 15:21

Gecikdim qədrini bilməyə sənin...

Aytəkin Qardaşova

“Ana

Nədəndir əllərin qırışıb, ana?
Saçına dən düşüb, qocaldınmı sən?
Məhəl qoymamışam niyə mən buna,
Zamanı döndərim geri istəsən.

Ömrün hər yolundan alnında bir iz,
İndicə gözlərim sataşıb buna.
Mənim bir günüm də keçməsin sənsiz,
Nə yazıq, gec saldım səni yadıma .

Saçımı oxşayıb öpərdin mənim,
Körpəydim, bilməzdim nəvaziş nədir.
Şikayət edərdim: "Dağıldı telim". .
Mən indi qanıram o şəfqət nədir.

Bir dərdim olanda, üzüləndə mən,
Dikildi üstümə "ANA" nəzərin.
Deyə bilməsəm də gül üzünə mən,
Qəlbimi oxudu “ANA” gözlərin.

Gecikdim qədrini bilməyə sənin,
“ANA” ürəyinlə məni bağışla,
İndi mən saçını oxşayım sənin,
Gecikmiş şəfqətdi, ana, bağışla!


Baxış sayı - 2 595 | Yüklənmə tarixi: 07.07.2015 15:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31