manera.az
manera.az

Bakı Uşaq Teatrı mövsümünə start verir MANERA.AZ

📅 09.09.2015 11:27

Bakı Uşaq Teatrı mövsümünə start verir  MANERA.AZ


Bakı Uşaq Teatrı yeni mövsümün başlanması ilə əlaqədar yeni iş planını açıqlayıb. Teatr sentyabrın 26-da mövsümün açılışına start verəcək.

Teatrdan MANERA.AZ-a bildirilib ki, bununla yanaşı, 2016-cı il yanvarın 21-dən fevralın 1-dək İranda keçirilməsi nəzərdə tutulan 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı festivala hazırlaşır. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunacaq.

Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına və Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.

Qeyd edək ki, teatrda bu il Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanması planlaşdırılır.


Baxış sayı - 1 707 | Yüklənmə tarixi: 09.09.2015 11:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031