manera.az
manera.az

Oğuz Bilik Evində Müstəqillik günü - MANERA.AZ

Oğuz Bilik Evində Müstəqillik günü - MANERA.AZ
manera.az
Bu gün Oğuz rayon Bilik Evi, Heydər Əliyev Mərkəzi və rayon 2 saylı məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun Oğuz rayon Bilik Evinin direktoru Anar Məcidov, Yaradıcılıq Fakültəsinin filial rəhbəri, yazıçı Cəlil Cavanşir, Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayon 2 saylı məktəbin şagird və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açaraq, tədbirin məqsədi barədə iştirakçılara məlumat verib. Tədbirdə Bilik Evinin direktoru Anar Məcidov Bilik fondunun fəaliyyəti, yenicə fəaliyyətə başlayan Bilik Evinin gələcək planlarından danışıb, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullanın Bilik Evlərinin yaradılması ilə bağlı gördüyü işlər haqqında məlumat verib. Heydər Əliyev Mərkəzin elmi işçisi Sənan Babayev Müstəqillik gününün tarixi haqqında danışıb.

Daha sonra "Müstəqilliyimiz əbədidir" adlı filmə baxış keçirilib, Mərkəzin elmi işçisi Gülnar Haşımova "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda çıxış edib.

Tədbirin sonunda şagirdlər arasında Müstəqillik günü ilə bağlı sual-cavab keçirilib və fəal iştirakçılar mükafatlandırılıb.
Oğuz Bilik Evində Müstəqillik günü - MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930