manera.az
manera.az

Unudulan xatirə - Şeirlər

Unudulan xatirə - Şeirlər
MANERA.AZ gənc şair Nizami Bayramlının şeirlərini təqdim edir:

Ömür qədər şirindir səni gördüyüm yuxu

Sevgilim yazılanlar elə şirin yazılır,
nə sevincə ilişir nə əli çatır qəmə,
Ağzı oruc adamın yazdığı şeirlərin,
qıldığı namaz qədər savabı olur demə.

Hərdən bir kitab deyim yuxu yozmalarından,
sevgimizdən yazılmış vərəqləri aç oxu,
Sənsiz yatdığım gecə kədərimin payıdır,
ömür qədər şirindir səni gördüyüm yuxu.

Nağıllardan fərqlidir, qismətimiz bu imiş,
onsuzda taleyimlə gülüm mən barışmışam,
Daha uşaq deyiləm göydən üç alma düşə yalandır,
inanmıram nənəmdən soruşmuşam.

Heç baş aça bilmirəm Fərhad çapan dağlardan,
Məcnunun da Leyliyə dediyi yalanından,
Mənim gücüm də budur, şeir yaza bilərəm,
şükür elə Allaha kasıbın olanından.

Yalan xatirə

Bəlkə məndən böyükdür, bəlkə də mən böyükəm,
görən yaşın neçədir? Yaşa dolan xatirə.
İllərdir yaddaşımda şeirlərə çevrilən,
yadda qalan xatirə.

Neyləmişdim mən sənə, cavabsızam hələ də,
adam xatirələrdən yetim olanda nolar?
Ay adamı evindən çölə didərgin salan,
unudulan xatirə.

Yaxşı, şeir də yazdım, nə istədin elədim,
sən də bircə ümid ver, məni qoyma ümidsiz.
Təsəlli tapmayanda fikirləşim nəyisə,
deyim olan xatirə.

Hər səhər küçəmizin başındakı qarıyla
işə tələsən zaman dərdləşirik ikimiz,
O da mənə inanmır, deyir yalan deyirsən,
bu da yalan xatirə.

Dialekt sevgi

Müəllimimsən öyrət,
Sevgini duya-duya.
Birinci dərs başladı,
Dialektalogiya.

Xəritədə şivəmi,
Axtar, ən sonundanam.
Yaşadığım ərazi,
Sevgi rayonundanam.

Torpaqdan yaransam da,
ətdən deyil dərddənəm.
Rayonun adı sevgi:
Kədər adlı kənddənəm.

Demək axtarmamısan,
Axtarsaydın tapardın.
Artıq tənəffüs oldu,
Birinci dərs qurtardı.

Bir qadın var küçənin o başında

Bir qadın var küçənin o başında,
Görürəm hər səhər, gedəndə işə.
Əsalı, ağ saçlı, səksən yaşında,
Qarğış edir bu gününə, keçmişə.

Gecə-gündüz gileylənir, deyinir
Deyən yoxdur dərdin nədir, ay qarı?
Gözlərini zilliyərək yollara,
Həsrət ilə baxır qüruba sarı.

Əlindəki qalın, kirli stəkanı,
Möhkəm tutub, bilən də yoxdur niyə?
Bəlkə həsrət qalıb o ömrü boyu,
Şəfqətə, qayğıya, məhrəm sevgiyə?

Su istəyir bəlkə məndən bu qarı?
Sanki tutub saxlayacaq qolumdan
Neçə dəfə keçib getdim yanından,
Bircə dəfə keçənmədim pulumdan...

Qorxuram

Qorxuram günahkar sən ola-ola,
bütün günahların mənə yazıla.
Qorxuram günahsız mən ola-ola,
mənə də günahlar gələ, tapıla.

Qorxuram bu eşqin sonu olmaya,
bu eşq də heç ola, puç ola bir gün.
Bütün xəyallarım, ümidlərim də ,
yaşaya mənimçün, ölə səninçün.

Qorxuram ayrılsaq mənim yerimə,
başqası toxuna dodaqlarına.
Qorxuram nifrətin güc gələ mənə ,
düşəm xəyalının ayaqlarına.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031