manera.az
manera.az

"Xatirə" - Esse

 "Xatirə" - Esse

Tural Cəfərli

Babam məni görən kimi soruşardı: “Çörək yemisənmi?” Bu sual həmişə mənə qəribə gəlirdi. Axı öz nəvəsini görən baba niyə bu sualı verməli id?

Deyim ki, çörəkdən korluq çəkmişəm, aclıq olub yalan olar, atamın halal qazancından bəs edəcək qədər təmin olunmuşuq. Bu bir yana. Özüm də elə zəif də olmamışam, həmyaşıdlarımdan daha cüssəli, daha ətli-qanlı idim. Bu sual mənə uzun zaman naməlum olaraq qaldı.

Babam rəhmətə gedəndə şəhərdən kəndə gedə bilmədim. Tələbə idim. İlk öncə onun verdiyi sual yadıma düşdü. Köhnəqalada yaşayan babam bütün ömrü boyu o kənddə yaşayıb ömrünün sonuna kimi. Özü də uşaq kimi təmiz, saf, səmimi insan idi...

Bu yaxınlarda onun o naməlum sualı mənə məlum oldu. Anladım ki, o mənim həyatda ən doğma, ən əziz adamım olmaqla yanaşı, həm də mənim özüm idi. Onun uşaqlığı müharibə dövrünə düşüb, atası İkinci Dünya Müharibəsindən qayıtmayıb, o da uşaqlıqdan əziyyətlə, aclıqla, əzabla böyüyüb, anasına həm oğul, həm ata, həm ər olub, qardaşlarına himayədarlıq edib və məni uşaqkən görəndə instiktiv olaraq o sualı verirdi.

Bu instinkt acı, kədərli və faciəvi şəkil almışdı. İndi babam yoxdu dünyada. Bu sualı mənə verən də yoxdu. Amma hərdən o sual üçün darıxıram, ac qalıram, amma o sualı mənə daha heç kim veməyəcəyini bilirəm...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930