manera.az
manera.az

Küçələr darıxa, quşlar darıxa - Şeirlər

Küçələr darıxa, quşlar darıxa - Şeirlər
MANERA.AZ gənc şair Qızbəsti Sultanın şeirlərini təqdim edir:

***
Bu qoca şəhəri ayağın altda
Əzib, tapdalayıb çıxıb gedəsən.
Yığıb dünya qədər xatirələri,
Qəlb boyda yumruqla yıxıb gedəsən.

Gedəsən nə izin nə tozun qala
Küçələr darıxa, quşlar darıxa
Elə gedəsən ki, bu yer üzündən
Ağlı səndə olan başlar darıxa,

Darıxa məhlənin çirkabı, zığı
Son dəfə geydiyin başmağın üçün,
Darıxa kəndinin, şiş təpələri
Onları təngnəfəs aşmağın üçün.

Gedib görəsən ki, arxandan sənin
Kim meydan sulayır, kim at oynadır.
Əslində hamını zaman oxunda,
Bir topa çevirib, həyat oynadır.


***
Gəl səmimi danışaq,
Mən səni aldadıram
Həmdə gündə yüz dəfə
Gecələr yoxluğunla qucağlaşıb yatıram,
Sabah da boşluğunun öpüşüylə oyanıb
Günümə başlayıram.
Hələ bir də şəklinlə
Hissimə sığal çəkib
Öz özümə təskinlik verməyimi biləsən.
Dəhşət
Vəhşət
Fəlakət
Hər gün başqa bir sənsizliyi
Ürəyimə qatıram
Mən
Səni Aldadıram.
Yastığım qədər olub
Başımı bircə dəfə dizlərinə almadın
Yorğanım qədər olub
Bax məni onun kimi bağrına da basmadın.
Beləcə yasdıq-yasdıq,
Yorğan-yorğan yox oldun.
Vallah bir az çox oldu
Amma doğru deyirəm.
İndi də xəyalınla söhbətə baş qatmışam.
Görürsən də...
hər gün milyon dəfə.
Heç özüm də bilmədən,
Mən səni aldatmışam.


***
Biz bir-bizimizdən uzaqlarda ayrılıb uzaqarda barışırıq.
Xəbəri olmur məsafələrin.
Biz ayrı - ayrı şəhərlərin aşiqləriyik
Payızımız fərqli olur...
Sənin ümidlərin batanda,
Xəzərda batır,
Mənim Xəzər görməyən ümidlərim xəzəldə...
Uzağım mənim,
Ən uzaqdaki
Lap yaxınım
Xəyallarımın sakini,adam!
Dizlərimi qucaqlayıb,
gözlərimi döyürəm
Uzaqlığının qarışsında
biləsən...
Düşünəndə yoxluğunu,
Çarmıxdaki İsanın,
dərisi yerlərdə qalan Nəsimin
dərdi bap balaca görünür mənə.
Göy boyda çarəsizlik çökür üstümə.
Avara oluram ürəyinə gedən yollarda,
Sanki evim yoxmuş, eşiyim yoxmuş kimi,
Axı sən...
Könül adlı mağaramda Divimsən.
Yox , yox
Sən mənim Evimsən.

Eşq tarixi

Tarixim ol yaşat məni,
Draqonun qanunu tək
Qanla yazıl həyatıma.
Elə sev ki...
Elə sev ki...
Çin səddi tək
Aydan belə baxanları
Heyran etsin məhəbbətin.
Elə sev ki...
İsgəndəriyyə mayakı tək
Möcüzələr sırasından
Səs eləsin sədaqətin.
Daşa dönüb
Borc daşı tək
Sol yanıma yamaq olsun
Gözəlliyim, sədaqətim.
Ürəyinin ən dibində basdır məni.
Səyyah kimi vücudunu gəzim,
Gəzim-dolaşım.
Kəşf et məni
Eşq tarixi adı altda
Vücudunda basdırılmış
Möhtəşəm bir xəzinə tək.
İşıqlandır sevgimizi həqiqətlə.
Qautama həyatına
Çilənən nur , işıq kimi.
Nur ələyən ulduz kimi.
Elə sev ki...
Heç kimsəni sevməyəsən
Həyatına Veto qoyan
Bu qız kimi....


***
Səni bu şəhərin hansı tinində,
Hansı bucağında itirdim görən.
İndi axtarıram tapa bilmirəm.
Deyirlər bu yerdə tapılmır ölən.

Mən hardan bilərdim, hardan bilərdim?
Bu şəhər acgöztək udacaq səni.
hardan bilərdim ki, sən bəxşiş olan,
Oyunda bu şəhər udacaq məni.

Yox yalan danışdım inanma mənə
Bu şəhər udmağa sən, hardan tapıb?
Tək başı dumanlı ürəyimdi ki,
Gedib əl çatmayan yarlardan tapıb.


***
Mənim tənhalıq hissimin qarnında zillər çalınırdı
Şübhəsiz o yedi səni,
Məlikməmmədin almalarını divlər yeyən kimi.
Yox oldun birdən...
Bu da " Tək qalmaq istəyirəm"
"tək ölmək istəyirəm"
iradlarımın bədəli idi deyəsən.
Tanrı üzümə çırpırdı şəklərimi.
Sənsizliyi ovuclarıma vurub
Dünyanın küncünü göstərirdi .
Cəzamın böyüklüyünə də baxın.
Kürədə künc tapan Allah
Bu qədərmi acı çəkməyimi istəyirdi?
Susub
Ruhumu göylərə qaldırıb təslim olmuşdum yoxluğuna.
Rahatıq çökürdü üzərimə...
ölüm rahatlığı.
Gözlərimi ala bilmirdim
Rahatlığımın narahat tərəfi olan
Səndən...
Bircə istəyim var
əllərini çətir elə bu ölünün üstünə.
Gözlərindən nifrət yağır
islanmasın, yazıqdı.
Bir gün gəlib onsuzluqdan boylanarsan
Özü kimi tənhə qalan büstünə...

Məlhəm-Anam

Öpsən bəlkə sağalar
yaralarım, Anacan.
qanayan dizlərimi görəndə
"gəl öpüm sağalsın" deyən sən idin.
Mən bilən mələklər yalan danışmır axı, mələyim.
Öp sağalsın ürəyim,
Bidə Ana əlləri çox şəfalı olurmuş...
Kürəyimə sığal çək.
qaysaq qoyub zərbələr.
yəqin ki görürsən də
Vurulan zərbələrdən
əlini qoymançün də
Allahın yeri yoxdu.
Qoy əlini belimə
Qoy ağrısın doyunca.
ən güclü məlhəm belə
göynətmədən sağaltmır.
Yıxılmağa başladım
əvvəlcə dostlarımdan,
sonrasa sevdiyimdən.
Ən böyük yıxılmağım amma
özümdən oldu .
Çırpıldım daş qəlblərin
daşlaşan sevgisinə.
dağıldım,parçalandım.
Yüz hissəyə bölündüm.
Deyirlər analardı
pazılları düzəltməyin ustası.
Yığ toparla qızını.
Bağrına basıb sağalt.
Saxla ovuclarında
olsun incə barmaqların
Məni məndən gizlədib
qoruyan Barmaqlıqlar.


***
Qoca bir heç dayanıb soldan başımın üstə,
Nəhəng bir boşluq yatıb ürəyimin üstünə.
Saniyələr keçdikçə darlaşır yerim-yurdum.
Elə olub sığmıram artıq eşqin büstünə.

Sıxılırsan bilirəm, darıxırsan hardasa,
Darıxıram yazmaqçün barmağın da darıxır.
Mən də burda darıxıb, boğuluram bir azca.
Darıxıram yazmaqçün barmağım da darıxır.

Sənlə yuxularım da mənə küsüb gediblər.
İndi ruhun qəlbinə sən boyda daş basıram.
Ağrıyır sol tərəfim, sızlayır sən gedəli.
Bilmiş ol ürəyimdən ürəyini asıram.

Yox oluram deyəsən, soyuyur əlim,ayağım ,
Səndən uzaq nəsəfəsim hər saniyə kəsilir.
Udqunuram , düşünürəm , görəsən neynəmişəm.
İndi Sən yoxsan deyə ilahi məni silir.?

Birdən yadıma düşür , biz sənlə mən deyildik,
Bir az yor bax beynini, sən mən idin mən də sən.
Nə qədər uzaqlaşsan, cismən getsən də məndən.
Allah haqqı bilirəm, gecə gündüZ məndəsən.

Sevgimin peygəmbəri

Bu tənhalıq ruhumu
Uladır bayquş kimi.
Elə itirdim səni,
İtirdiyim huş kimi.

Rəhimli ol bir azca
sığal çək ürəyimə.
Onsuzda çox ox dəyir,
Sən yoxkən kürəyimə.

Uzatdım tut əlimi
Nolar düşmə gözümdən.
Məni bu sənsizliyim ,
Çox bezdirir özümdən.

Belə də pis deyil ki,
Yaşayıram birtəhər
Mənə dönməsən vallah
Boğacaq səni qəhər.

Qorxuram ki gedərsən,
Başqa niyyətim yoxdu.
Bax canına and ola.
Gözüm təkliyə toxdu.

Sən mənim eşq Allahım,
Sevgimin peyğəmbəri,
Mənsə günah içində
Qaldım, bu eşqdən bəri.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031