manera.az
manera.az

Bir qız qopar ürəyindən - YENİ İMZA

📅 16.09.2018 18:42

Bir qız qopar ürəyindən - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Vasif Şükürün şeirlərini təqdim edir:

***
Sən,çölümə aldanmısan.
İçimdə qışdı,bilmirsən.
Bu,zəhrimar səbrimində,
Kasası daşdı,bilmirsən.

Bu yaşamaq,çox oldu çox.
Yetər,yetər daha yetər.
Yoxluğun,üzümdə kədər.
Gözümdə yaşdı,bilmirsən.

Yaşamaq var,ölmək kimi.
Lap,əcələ gülmək kimi.
Unutmaqda,sevmək kimi,
Çətin savaşdı bilmirsən.



***
Dərdi çox içdim,bu gecə.
Məni sərxoş eylədi.
Eləcə,dəli kimi
gülmək düşüb könlümə.

Qollarını gətir qız,
Gətir başımı qoyum,
Ölmək düşüb,könlümə.

Niyə gəlmir görəsən,
ürəyin istəyəndə,
Ürəyindən keçənlər,
Görən qayıdacaqmı,
Gələn yazda,bilmirəm.
Bu payız gecəsində,
Ürəyimdən köçənlər.

Bu gecə,hər nə varsa.
Bilmək düşüb könlümə.



***
Həqiqətlər yaralayır,
Yalan,öldürür adamı.
Gedən,gözü yolda qoyur,
Qalan,öldürür adamı.

Sirdi dünya,başdan başa.
Düşdüm,savaşdan savaşa
Dəydi başım,daşdan daşa.
Zaman,öldürür adamı.

Əli kəndirli,duran var.
Əli baltalı,vuran var.
Heç bilməzsən,hardan vurar.
Haçan öldürər,adamı.



***
Əllərin göylərə,
Gözlərin yollara,
Dikilib qalar,
Nə dinər,nə danışarsan.
Heykəl,zənn edərlər səni.

Hərdən darıxarsan.
Özünlə danışarsan.
Dəli zənn edərlər,səni.

Adamlar belədi.
Hər gün,
günahlarını xatırladar.
Öldürməyincə,
Əl çəkməzlər,səni.

Öldürər və bağışlayarlar.
Sonra,şeirlər yazarlar.
Vəsf edərlər səni,

Bəziləri,biraz irəli gedər,
Sevgiləri kimi,
Süni güllər götürüb,
Arsız-arsız,qəbrin üstə gələr.
Bu dəfə də,
Məzarda incidərlər,səni.



***
Payızında doğulub,
Qışını sevdim,bu ömrün.
Başıma hey daş yağdırdı.
Daşını sevdim,bu ömrün.

Görməyən,gözünü sevdim.
Gülməyən,üzünü sevdim.
Hər acı sözünü,sevdim.
Məni tilsiməmi saldı?
Nəyini sevdim,bu ömrün.

Yaxşıydı əhvalım,çaşdı.
Qışdan çıxdım,yenə qışdı.
Haçansa dilim dolaşadı.
Xətrinə dəydim,bu ömrün.

Odu budu,qana qanıq.
Dişə dişik,cana canıq.
Yaş göstərir ki,cavanıq.
Saçın ağartdıq,bu ömrün.



***
Yara var sinəmdə,qopmaz.
Bir anlayar,beş anlamaz.
Adamlar axtarar,tapmaz.
Adamlar,itirər məni.

Gücüm yetməz,gerilərəm.
Ölüb,yenə dirilərəm.
Bu torpağa sərilərəm.
Çəmənlər,bitirər məni.

Yıxıldım,qalxmaq öyrəndim.
Nə yoruldum,nə tükəndim.
Yüz yol getdim,yüz yol gəldim.
Rüzgarlar,gətirər məni.

Yanaram,odum içimdə.
Kimsə yanmaz,bu biçimdə.
Bir karvanın son köçündə.
Bir sarvan,götürər məni.



***
Dərələrdə,dağ çayına,
süzüləsən gedəsən.
Bir durna qatarına,
düzüləsən gedəsən.

Axırı necə olar,
düşünmədən gedəsən.
Düşüb yolun ağına,
ağ günlərin eşqinə.
Qaralardan əlini tamam üzüb gedəsən.

Bu gecə oğurlayıb,bir qızın həsrətini.
Yerinə otaq dolu,sevgi qoyub gedəsən.
Gedişin ayırmaya,xəyala dalmışları.
Gözəl xəyallarından.
Heç kimi oyatmamış,şirin yuxularından.
Səssiz-səssiz gedəsən.
Getmək yaraşa sənə,
yaraşıqlı gedəsən.

Gəlib tapmasın deyə,
səni xatirələrin.
Yolu tez tez dəyişib,
dolaşıqlı gedəsən.


****
Mən qış adamıyam,neynirəm yazı.
Yenə kim çıxartdı,bu yaza məni.
Mən sizə çiçəkli,çəmənlər verim.
Siz atın şaxtaya,ayaza məni.

İnsan da ömrünün,qışında anlar.
Harda yaşıyıbdı,harda ölübdü.
Gördüz ki,ölürəm qadanız alım.
Çatdırın,çatdırın o qıza məni.

Günah dağlarındı,çəninki deyil.
Bu hal başqa haldı,həminki deyil.
Bu tale,bu qismət mənimki deyil.
Bəs niyə verdilər,güdaza məni.

Birdə görməyəcəm,daha sizləri.
Fərqi yox,dərinə,dayaza məni.
Atın ürəyimin,odları sönsün.
Ya Kürə,yada ki Araza məni.



***
Bir qız qopar, ürəyindən.
Dırnaq ətdən qopan kimi.
Qopar yaralıyar səni.
Sonra yaranı sevərsən.
Doğma olar özü kimi,
yarası da.

Bir qız qopar ürəyindən,
qopar tərk eliyər səni.
Ruh bədəndən,qopan kimi.
Bir qız qopar ürəyindən.
Gedər özünə yer eylər.
Boş qalar səndəki yeri.
Sən də,hər gün yıxılarsan,
O,boşluğa.


Baxış sayı - 1 648 | Yüklənmə tarixi: 16.09.2018 18:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031