manera.az
manera.az

Qızım böyüyür - Esse

Qızım böyüyür - Esse
Son günlər hər şeyə ciddi yanaşmağa başlamışam.

Son günlər qorxmağa başlamışam.


Ölməkdən lap qorxuram.

Hər şeyə gülə, hər situasiyada müsbət nəsə tapa bilən adam pərdənin arxasına keçməyə başlayır.

Bax, bu dəqiqəyə qədər niyəsini anlaya bilmirdim.

Axır ki, tapdım.

Artıq qızım var. Onun məsuliyyəti mənim çiynimdədir. Cəmiyyətdəki hər neqativlik əslində onu da təhdid edir. Bütün barbarlıqlar onun addım atacağı toplumda baş verir. Bütün absurdizm...

Ölümdən elə qorxuram ki... Fiziki olaraq yox olmaqdan deyil, qızımın məni tanımayacağından qorxuram.

Dünən Şuşanın işğalının ildönümüydü. Heç nəyin insan həyatından qiymətli olmadığı qənaətində möhkəm dayansam da, bilirəm ki, o torpaqları qaytarmağımızın bircə yolu var - müharibə!

Yenə bu barədə fikirləşəndə qəfil anladım ki, müharibədən, müharibədə ölməkdən qorxuram.

Qızıma görə.

Onunla bir yerdə böyümək, yaşlanmaq, onun gələcək qurmağını görmək - bunlar həyatımı daha dəyərli edib.

Bayaq Xocalı soyqırımında qətlə yetirilmiş ana və körpəsinin şəklini gördüm. Uşağın üzü görünmürdü, qoluyla qapamışdı. Əlləri palçıqlıydı. Üzünü elə məsumca örtmüşdü ki... Sanki gizlənqaç oynayırdı. Amma ölüm gözlərini bir də açmağa qoymamışdı.

Həmin şəkli indiyə qədər görməmişdim. Yaxud görsəm belə, şüuraltım yaxına buraxmamış, yaddaşımdan ələmişdi. Amma bu gün bütün ağrı-acısıyla elə gözümə batdı ki, nəfəsim tıncıxdı.

Qışqıra-qışqıra ağlamaq istədim. Elə o saniyə özümü topladım ki, sən bu qədər kövrək adam deyilsən, axı. Hələ bir balaca özümü danladım da.
Bineyi-qədimdən görmüşük ki, kişi ağlamaz. Yəqin axırıncı dəfə ağlayanda uşaqlığımla vidalaşırmışam.

Bu gün, bax, elə indicə yenidən uşaqlığıma qucaq açdım. Məni çətinə salan düyünü çözdüm – Qızım böyüyür.

Cavid QƏDİR
09.05.20
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031