Elsevərçiçəklər öləndən sonra doğulur meyvələr
hər gecə
yatmamışdan öncə
dua edib
öpucük göndərirlər sənə qızlarım
bilirəm
bu öpücüklərdən ulduz duzəldib asırsan göy üzündən...
səni tanımayanda cox böyuk idim,
indi qızlarım səni tanıyaraq böyüyürlər...
bərk qorxuram ölumdən
amma kölgəmi öldürən qaranlıq da
boynumdakı kəndir də
qolumdakı qandal da
hec vaxt ölməyəcəksən deyir mənə
amma bərk qorxuram ölumdən,Tanrım
özum ölum...
qızım incə barmaqları ilə saçımı qarışdırır
mənsə...
eh,nə var e yaşamağa
o qədər bəhanə uydurum sənə
Tanrı olsaydım,
daha ədalətsiz olardım
bütün günahkarları əfv edərdim.
***
hər kölgədən o yana bir varlıq yaşayır
hər varlıqdan o yana bir ürək...
hər ömürdən o yana bir pəncərə var,
hər pəncərədən o yana qaranlıq...
gələcəyi keçmiş məmləkətdə bu günü yaşayıram,
bütün sədlər üzərindən aşanda kiçilir,
bir ömür yaşamadıqca bitir
xatirələrdən qurtulmağa nə var axı
xatırlamırsan heç nəyi
qaranlıqları,kölgələri,dənizləri...
adınız nəydi,
yazdığım şeirə sənin adini qoyacağam,qıvırcağ...
***
otel otağında
daşı ölmuş divar saatından kədərli
nə var həyatda,qadınım.
yaxşı ki,susa bilir hər şey
ağaclar susur,
yarpaqlar susur
çiçəklər,çaylar,
torpaqlar susur...
insan da susur,qadınım...
qapılar taqqıldayaraq susur...
gəl bir tas nərd ataq
qorxma, uduzmayacam...
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.