manera.az
manera.az

Xoşbəxt xatirələr...| MANERA.AZ

Xoşbəxt xatirələr...| MANERA.AZ
Aydan Abdullayeva


o həmişə söz verirdi. amma sözünə əməl etmirdi. söz verirdi ki, ad günümə gələcək, gəlmirdi.
söz verirdi ki, mənə hər gün məktub yazacaq, yazmırdı.
deyirdi ki, sağalacaq, deyirdi ki biz xoşbəxt olacağıq...
mən də hər dəfə ona inanırdım.
Muradı deyirəm.
Mənim dostumu. Hə, o ən əvvəl mənim dostum idi. İndiki sevənlərin əsas səhvi bilirsən nədi? Onlar dost olmağı bacarmırlar.
Biz bacarırdıq.
O mənə demişdi ki, xoşbəxt olmaqdan qorxmur. Qapı qonşuları olan o dəli kimi. Ağlını itirmişdi... Amma xoşbəxt idi...
Ayaqyalın küçədə gəzirdi, qəfil qışqırırdı, qəfil qəhqəhə çəkirdi. İnsanlar ondan qorxurdu.
O isə xoşbəxt olmaqdan qorxan insanlara dəli halıyla acıyırdı.
Onun balaca daxmasında hamıya hüzur vardı. Murad onu çox istəyirdi. Deyirdi ki, o hamıdan ağıllıdır.
Sonra o dəli də gözdən itdi. Daxmasında görünmədi. Anası öləndən sonra, atası içkiyə qurşandı. Axtardı. Heç vaxt oğlum demədiyi o "dəlini" çox axtardı. Amma tapmadı. Murad mənə deyirdi ki, o ata oğlunu günahlarının içində saflıq bildiyi üçün axtarır...
Yəni, dəlilər safdı?
Murad elə deyirdi.
Bir gün biz ikimiz o dəli kimi davrandıq hamıya. Dilənçi qadına son pulumuzu verdik, məhlədəki süpürgəçi qadın gəlməyəndə məhləni başdan axıra kimi süpürdük.
Saatı zibilliyə ata bildik. Nəhayət.
Daha saat səsiylə oyanmadıq. Sudan, işıqdan, gözümüzü göy üzünə yummaqdan, buludları əynimizə geyinməkdən qorxmadıq...
O dəlidən çox şey öyrəndik.
Murad daha xoşbəxt olmaqdan qorxmadı.
İndi mən Bakını tərk etmişəm. Murad görməsini itirəndən sonra... Qala bilmədim. Həkim dedi ki, o heç vaxt sağalmayacaq.
Murada hər gün göy üzünü təsvir edirdim.
Bu gün tutqundu, bir xeyli buludludu, bu gün göy üzü aydındı, su kimi şəffafdı deyə.
Bilmirəm. O qaranlıqda ağrıyanda mən necə dözə bilərdim?
O çox yaşamadı.
Mən isə ondan sonra hələ də yaşayırdım.
Yaşaya bilmirdim. Amma yaşayırdım...
Söz verdiyi kimi sağalmasa da. Mənə məktub yazmasa da.
Bir neçə il əvvəl Bakıya getmişdim. Onunla qaldığımız evə getdim. Həmən məhləyə.
Həmin dəli qayıtmışdı. Bizim ikimizin yaşadığımız evin qapısının ağzında oturmuşdu. Elə bil indi o bizi axtarırdı.
Muradla mənim "dəli" olduğumuz günləri. Saatsız sabaha oyandığımız günləri. Xoşbəxt olmağa inandığımız günləri.
Mən burdan çıxıb gedəndə çamadana yığıb apardığım tək şey bunlar idi. Birdə... Muradın Bakının səfil küçələrində geydiyi qara palto. Onun mənə aldığı toxunma şərf...
Yazmadığı məktublarda "xoşbəxt xatirələr."
Bir dəfə onunla belə bir söhbətimiz olmuşdu...
Demişdim ki, itirməkdən qorxuram...
Demişdi ki, "vidalar səmaya toxunmur... səmada yaşayan sevgi vida götürmür...
Yaxşı ki, səma var Murad... Yaxşı ki...



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31