manera.az
manera.az

Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir

📅 27.04.2020 13:47

Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir
Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda elan etdiyi hekayə müsabiqəsi davam edir.

Nazirlikdən Manera.az-a bildirilib ki, hekayə müsabiqəsinə hazırda 67 əsər təqdim olunub.

Hekayələrin çoxluğu nəzərə alınaraq, qısa zamanda onların qiymətləndirilməsi məqsədilə əsərlərin Müsabiqə Komissiyasına təqdim olunması nəzərdə tutulur.

Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan hekayələr daha əvvəl nəşr olunmamalı, mətnin həcmi 25 min işarədən çox olmamalıdır.

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Hekayələr nrtis@mct.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqəyə hekayələrin qəbulu mayın 29-dan sona çatacaq.


Baxış sayı - 860 | Yüklənmə tarixi: 27.04.2020 13:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031