manera.az
manera.az

Koronavirusla bağlı hekayə müsabiqəsi elan edildi

Koronavirusla bağlı hekayə müsabiqəsi elan edildi
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Manera.az xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

- Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.
- Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.
- Müsabiqəyə 25 000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.
- Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.
- Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
- Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.
- Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcəkir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat
İkinci yer – II dərəcəli diplom və 1500 manat
Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırılması təşkil olunacaqdır.

İştirakçılar tərəfindən hekayələr nrtis@mct.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (051) 359 19 19
(050) 563 05 65Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031