manera.az
manera.az

Mir Cəlal adına ikinci hekayə müsabiqəsi başladı

📅 11.02.2020 12:41

Mir Cəlal adına ikinci hekayə müsabiqəsi başladı
“Ədibin Evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) Mir Cəlal adına ikinci hekayə müsabiqəsi keçirir.

Manera.az xəbər verir ki, müsabiqənin şərtləri elan olunub. Şərtlərə görə, hekayənin həcmi 1500 sözdən çox olmamalıdır.

Hekayələrin məzmunu, yazıldığı dillə bağlı hər hansı məhdudiyyət yoxdur. Şərtlərə görə, çap olunmuş hekayələr qəbul olunmur.

Qaliblər I yer: 3000 ₼, II yer: 2000 ₼, III yer: 1000 ₼ (iki mükafat) (üç mükafat) olmaqla mükafatlandırılacaq.

Hekayələr elektron şəkildə edibinevi@gmail.com və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2020-ci ilin may ayında mükafatlandırılacaqlar.

Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. Mir Cəlal adına hekayə müsabiqəsi “Ədibin Evi” tərəfindən hekayə janrının inkişafına töhfə vermək məqsədilə keçirilir.


Baxış sayı - 1 068 | Yüklənmə tarixi: 11.02.2020 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031