manera.az
manera.az

“Qızıl Kəlmə” Ədəbi Mükafatına əsər qəbulu elan edildi

 “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsər qəbulu elan edildi
Mədəniyyət Nazirliyi 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulunu elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2018-2019-cu illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulunu elan edir.

Mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur:

– nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi);

– poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);
– tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;
– orijinaldan bədii tərcümə əsərləri;
– uşaqlar üçün yazılmış bədii əsərlər.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.

Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;
Çap edilən əsər (5 nüsxə);
Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;
Şəxsiyyət vəsiqəsinin surəti;
Müəllifin digər işlərinin siyahısı (əgər varsa);
Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).



İşlər 2018-ci il avqust ayının 1-dən – 2019-cu il mart ayının 29-u son təqdimat günü olmaqla bu ünvana təqdim edilməlidir: AZ 1000, Bakı şəh., Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 3-cü mərtəbə, 308-ci otaq. Tel: 012 493 23 77

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31