manera.az
manera.az

Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ

📅 03.10.2015 19:44

Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ
manera.az

Bu gün Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib.

Yaradıcılıq Fondunun Mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, buraxılış mərasiminə universitetin müəllim və tələbə heyəti, ədəbi ictimaiyyətin nümayəndələri, jurnalistlər qatılıb.

Tədbiri giriş sözü ilə Yaradıcılıq Fakültəsinin dekanı Qismət Rüstəmov açıb.

Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ
MANERA.AZ
O, çıxış edərək fakültənin Azərbaycan sənət mühitində rolundan danışıb.

Qismət Rüstəmov fakültənin Oğuz və Qazaxda da filiallarının fəaliyyətə başlayacağı barədə məlumat verib. O bildirib ki, filiallar bölgələrdə yaşayan yaradıcı insanların bir araya gəlməsinə şərait yaradacaq.

Daha sonra universitetin rektoru, professor Asif Hacıyevə söz verilib. Rektor fakültədə yeni tədris ilində dərs saatlarının artırılması və digər sənət sahələrinin tədrisinə də yer ayrılacağı barədə məlumat verib.

Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fakültənin uğurlarından, yeni tədris ilində filiallarda ingilis dili, internet və ixtisasartırma kurslarının keçiriləcəyindən danışıb.
Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ
Buraxılış mərasimində həmçinin filosof Niyazi Mehdi, yazıçı Fəxri Uğurlu, yazıçı-jurnalist Qan Turalı, Oğuz rayonu üzrə Yaradıcılıq Fakültəsinin filial rəhbəri, yazıçı Cəlil Cavanşir də çıxış edərək məzunlara və yeni tədrisn ilinin tələbələrinə uğurlar arzulayıblar.
Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ

Sonda məzunlara şəhadətnamələr, yeni qəbul olunanlara isə dinləyici biletləri təqdim olunub.
Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ
Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ
Yaradıcılıq Fakültəsində məzunların buraxılış günü keçirilib - FOTOLAR | MANERA.AZ



Baxış sayı - 2 065 | Yüklənmə tarixi: 03.10.2015 19:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031