Qax rayonunda ilk Bilik Evi açıldı | MANERA.AZ
![]()
manera.az
Bu gün ilk Bilik Evinin Qax rayonunda açılış mərasimi keçirilib.
Yaradıcılıq Fondunun mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Bilik Evləri Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun bölgələrdə nümayəndiliyi kimi fəaliyyət göstərəcək. Tərkibində Yaradıcılıq Fakültəsinin də filialı olacaq Bilik Evləri yaradıcı insanlar üçün sənət mühiti və formalaşdırma, müxtəlif peşə sahələriylə məşğul olan gənclərin ixtisasartırma, eyni zamanda ölkədəki multikultural ab-hava, dünya mədəniyyətinin öyrədilməsi və maarifləndirmə məqsədi ilə yaradılır.
Əhali arasında keçirilmiş sorğunun nəticəsi olaraq, Bilik evlərində "Ədəbi işçi", "İngilis dili", "Rus dili", "Kompüter operatoru və kargüzarlıq", hətta "Avtomobil elektriki" kursları təşkil edilir. Təlimçi qismində yerli mütəxəssislərdən istifadə ediləcəkdir. Dinləyicilər üçün paytaxtdan ezam edilən peşəkarların ustad dərslərinin təşkili mütləq şərtdir. Təlimlər ödənişsiz əsaslarla və hətta yüksək göstəriciləri ilə fərqlənən dinləyicilərə təqaüd ödəməklə həyata keçiriləcək. Bilik evlərində müxtəlif mövzulu dəyirmi masalar da təşkil olunacaq.![]()
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı durektoru Oktay Səmədovun dediklərinə görə, yaxın gələcəkdə Astara rayonunda Bilik evi açılacaq. Bərdə, Zərdab, Xaçmaz, Şamaxı, İsmayıllı və bir çox digər rayonlar üzrə nümayəndələrimizin məlumatına görə, yerli əhali bu bölgələrdə Bilik evlərinin fəaliyyətə başlamasında çox maraqlıdır.
MANERA.AZ