manera.az
manera.az

Bilik Fondunun nümayəndələri bölgələrdə... - FOTOLAR | MANERA.AZ

Bilik Fondunun nümayəndələri bölgələrdə... - FOTOLAR | MANERA.AZ

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib. Fondun “İlboyu Bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda dərslər keçib və mühazirələr deyilib.

MANERA.AZ saytının baş redaktoru Şəhla Aslan ezam olunduğu Yardımlı rayon Anzov kənd tam orta məktəbində və Hamarkənd tam orta məktəbində Bilik Günü münasibətiylə təşkil olunmuş tədbirlərdə iştirak etmiş, məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, şagirdlərə uğurlar arzulamışdır.

Daha sonra Fondun “İlboyu Bilik” proqramı çərçivəsində “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə deyib.

Mühazirədə şagirdlər, müəllimlər, valideynlər və kənd sakinləri iştirak edib.

Həmçininin mühazirədə multikulturalizmin yaranmasından, multikultural dəyərlərdən, multikulturalizmin təhlükəsizliyindən, bu sahədə aparılan dövlət siyasətindən, ideologiyaya verilən dəyərdən, tarix boyu ölkəmizdə multikulturalizmin bu və ya digər şəkildə mövcudluğundan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqətindən, Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bu sahədəki uğurlu fəaliyyətindən, həyata keçirilən layihələrdən geniş söhbət açmış, ölkəmizdə milli azlıqların ədəbiyyat və mədəniyyətlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradıldığını qeyd etmişdir.

Mühazirə dinləyicilərdə bu sahəyə böyük maraq yaradıb.

Belə ki, şagirdlər bundan sonra Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələri mütamadi izləyəcəklərini, uyğun olanlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər!

Sonda müəllimlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi uğurlu layihələrdən xəbərdar olduqlarını bildirmiş, arzu və istəklərini dilə gətirmişlər.

Elman Cəbrayıl
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI