manera.az
manera.az

Aytən Cavanşirdən yeni roman - Foto

📅 11.02.2020 11:22

Aytən Cavanşirdən yeni roman - Foto
“Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin”, “Vəkil” kitablarının müəllifi Aytən Cavanşirin “Qanun” nəşriyyatında “Qayıtmasam da, gözlə...” romanı işıq üzü görüb.

Maner.az xəbər verir ki, kitabın təqdimat mərasimi yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, romanın əsas mövzusu müharibə və terrora qarşı etirazla yanaşı, böyük sevgiyə inamdır. Əslində, sevginin böyüyü və kiçiyi olmur. O, ya var, ya yoxdur. Bu kitab hər şeyə rəğmən sədaqəti aşılayır. Kor-koranə, cahilcəsinə, qovuşacağına inanmadan gözləməyi və nəinki bunu. 320 səhifəlik kitabda o qədər çox mövzu işlənib ki, məncə, hər oxucu orada öz mövzusunu, taleyini tapacaq. Kitabdakı hadisələr Bakı ilə yanaşı, Polşa, İtaliya, Fransa, Bolqarıstan və İraqda cərəyan edir.
Aytən Cavanşirdən yeni roman - Foto
Əsərin qəhrəmanı Ejeni axtarışdadır. Xoşbəxtliyin nə olduğunu dəqiq bilməsə də, ona can atır. Günlərin bir günü qonaq olduğu Bakıda əntiq əşyalar dükanında onu görür və həmin gündən həyatı dəyişir. Başa düşür ki, bu yaşa qədər ali hisslərdən bixəbər yaşayıbmış. Lakin qəfil aşiq olduğu həkimin ürəyinə yol tapmağın asan olmadığı üzə çıxır. Klassik musiqi heyranı olan cərrah özünü olduqca qəribə aparır.

İlk baxışda hər kəsə qarşı biganə olan həkim əslində göründüyü kimi deyil. O, keçmişinin bu zərif qıza xələl gətirəcəyini düşünüb gəldiyi yerlərə qayıdır. Bütün hekayə də elə bundan sonra başlayır. Ayrılıqda ikən qayıtmaq istəyi yaranır. Amma bu, mümkün olacaqmı?

Dünyanın amansız gedişatının fonunda cərəyan edən sevgi hekayəsi heç kimi laqeyd buraxmayacaq./kult.az/


Baxış sayı - 704 | Yüklənmə tarixi: 11.02.2020 11:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031