manera.az
manera.az

Fərid Hüseynin kitablarının təqdimatı keçiriləcək

📅 08.02.2020 09:25

Fərid Hüseynin kitablarının təqdimatı keçiriləcək
Fərid Hüseynin "Sevdiyim əsər” (müsahibələr) və "Təkrarın tənhalığı” (şeirlər) adlı kitabları işıq üzü görüb.

"Sevdiyim əsər” kitabında dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir.

"Təkrarın tənhalığı” kitabında Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.

Kitabların təqdimat mərasimi 11 fevral, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda keçirləcək.


Baxış sayı - 771 | Yüklənmə tarixi: 08.02.2020 09:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930