manera.az
manera.az

Sevginə söykəyim sevgimi - Giya Paçxataşvilinin şeirləri

Sevginə söykəyim sevgimi - Giya Paçxataşvilinin şeirləri
Manera.az tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin (GİVİ) şeirlərini təqdim edir:

O – SƏNSƏN

Ruh olub göylərə qalxan,
Yağışlı baxışlarla üstümə axan..
İçimdə yurd salıb, mənsiz darıxan...
O – Sənsən!

Məni tənhalığa alışdıran,
Qəlbində sənsizlik tonqalı alışdıran,
“Ölüm haqdır” məntiqiylə barışdıran...
O – Sənsən!

Başıma dostları yığan,
Dərd-dərd məni sağan,
Ürəyimin evini yıxan...
O – Sənsən!

Ağır əzablara son qoyan,
Məşəqqətli həyatdan doyan,
Göz yaşlarınla
vida nəğməsi oxuyan...
O – Sənsən!

Olumun yeni mənzilini
Ölüm köyünə dəyişən,
Əbədi misralarıma düşən,
Yetim Gürcünü torpağa dəyişən...
O – Sənsən!...

SEVGİLİM

Qasırğa ol, əs dedin,
Qəm tapdala, əz dedin,
Nurlu sabah gəz dedin –
Bacarmıram, sevgilim.

Götür meydən süz, dedin,
Əlli deyil, yüz dedin,
Yaddaşından küs dedin –
Bacarmıram, sevgilim.

Dünyaya şahmat dedin,
Ölümə həyat dedin,
Bəxtimə zər at dedin –
Bacarmıram, sevgilim.

Ağ saçlım, göy göz dedin.
Ürəyi köz-köz dedin,
Mənsizliyə döz dedin –
Bacarmıram, sevgilim.

Ay qəlbi dəniz dedin,
Yığvalı kəniz dedin,
Yarat, qalsın iz dedin –
Bacarmıram, sevgilim.

Yolun sal Qaxa dedin,
Lazımsan xalxa dedin,
Özünə bax ha dedin,
Bacarmıram, sevgilim.

Yaxınlaşır il dedin,
Bu gerçəyi bil dedin,
Ağlama dil-dil dedin,
Bacarmıram, sevgilim.

SƏN-MƏN

Sən başını başıma söykə,
Yaransın “Sevgi” adlı ölkə…
İnsanların üstünü alsın
Tanrı Böyüklüyündə kölgə…
Rəhm, Ədalət dirildi bəlkə.

Sən ürəyini ürəyimə daya,
Nura bələnsin dünya…
İşıqdan gözləri tutulsun zülmətin,
“Danko” çırağı sülhə aparsın milləti.

…Və mən duyub bu dayağı,
Sancım ürəyimə
Eşqdə dalğalanan enməz bayrağı…
Oyansın maraq – yaşamaq Marağı.

Sevginə söykəyim sevgimi…
Və bir cüt göyərçin kimi
Yerin üstüylə uçaq –
Barış paylayaq qucaq-qucaq,
Saflığı, düzlüyü qucaq.
Və bizdən dünyaya
Yaxşılıq qalsın ancaq…

Əvəzləsin
Minalanmış sahələri,
Savaşın “doğduğu” qəbirləri
Solmayan Gülüstan…
Yazılsın
“Sən – Mən” adlı
Əbədi dastan.

“YETİM GÜRCÜ”

Sevgilisi yataqda,
Qızdırılmış otaqda...
Lənət yağdırır baxta... –
Qaxın “Yetim Gürcü”sü.

Göz önündə qiyamət,
Yığvalsızlıq - qənimət.
Təsəllin – Osman, Qiymət*... -
Qaxın “Yetim Gürcü”sü.

Dözüm göndərən Allah,
Dözüb də Tanrıya bax.
Dayağındır Şəki, Qax... –
Qaxın “Yetim Gürcü”sü.

Yetimlik ar deyil, ha!
Ümidlə bax sabaha.
Demə tükəndim daha,
Qaxın “Yetim Gürcü”sü.

Son - əvvələ gedən yol,
O “əvvəl”ə hazır ol.
Gəl ölümə çəkmə qol,
Qaxın “Yetim Gürcü”sü.

GÖRMÜRLƏR MƏNİ

Tanrıya uzanan yolam,
Vədlərdən tox, “yox”dan bolam.
Oyundankənar bir qolam, -
Odur ki, görmürlər məni.

Dərd daşımaqla məşğulam,
Dəftərə, kitaba qulam.
Sulara qərq olmuş çulam, -
Odur ki, görmürlər məni.

Vəzifə arayır oğru,
Ölür bağrıçatdaq doğru,
Hamı şan-şöhrətə doğru, -
Odur ki, görmürlər məni.

Teleaşıqlər, şortular
Dünyanın zövqün pozdular.
Meydan sulayır lotular, -
Odur ki, görmürlər məni.

Giviyəm, nurlu sabaham,
Lamaraya səcdəgaham.
Yerdə yaşayan Allaham, -
Odur ki, görmürlər məni.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031