manera.az
manera.az

BSU-nun Yaradıcılıq fakültəsi dinləyici qəbulu ELAN edir | MANERA.AZ

📅 01.07.2015 22:10

BSU-nun Yaradıcılıq fakültəsi dinləyici qəbulu ELAN edir | MANERA.AZ
Manera.az
Azərbaycanda ilk və hələlik yeganə olan Yaradıcılıq fakültəsi Bakı Slavyan Universitetinin nəzdində 2007-ci ildən fəaliyyətə başlamışdır. Yaradıcılıq fakültəsinin məqsədi Azərbaycanda yaradıcı, istedadlı gəncləri bir yerə toplamaq, onların yaradıcılıq potensialının püxtələşməsinə yardım etmək, yaradıcı mühitin formalaşmasına təkan verməkdir.

Bəs fakültə dinləyicilərə nə verir?

savad, praktika, yaradıcı mühitə inteqrasiya imkanları, dünyagörüşünün zənginləşməsi, yaradıcı əlaqələr, yeni dostlar, intellektual səviyyə, mütaliə vərdişi... və.s.

Dərslər həftədə 3 dəfə olmaqla 3 akademik saat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Yaradıcılıq mətni
2. Tərcümeyi-hal
3. Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti
4. Şəxsiyyət vəsiqəsinin surəti
5. 3x4 ölcüdə 2 ədəd fotoşəkil


Müsabiqədən keçən şəxslər Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dinləyicisi statusunda təhsil almaq hüququ qazanır.
Təhsil müddəti 2 ildir .

Sənədlər 15 avqust 2015-ci il tarixədək Bakı Slavyan Universitetinin Əsas binasında qəbul edilir (1-ci mərtəbə, 114-cü otaq).

Əlaqə telefonu: 050 386 79 40


Manera.az


Baxış sayı - 3 721 | Yüklənmə tarixi: 01.07.2015 22:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031