manera.az
manera.az

BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA

📅 25.05.2015 17:20

BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA

Xeber Bu gün Bakı Slavyan Universitetinin akt zalında dörd il ərzində təhsildə yüksək nailiyyətlər və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara rektor tərəfindən “Fəxri Məzun” diplomu və xatirə hədiyyələr təqdim edilib. Təqdimatdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.


Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev mayın 19-da Binəqədi rayonunda yerləşən yaşayış binasında faciəvi şəkildə həlak olan həmvətənlərimizin xatirəsini yad edib. Rektor çıxışının davamında BSU məzunlarına uğurlar arzulayıb: ”Əziz magistrantlar və tələbələr, bu gün siz dörd il təhsil aldığınız Bakı Slavyan Universitetindən məzun olursunuz. Bu illər ərzində sizin uğurlarınız sayəsində universitetimiz həm Azərbaycanda, həm də vətənimizdən kənarda öz nəaliyyətləri ilə sayılıb-seçilən universitetlər sırasına daxil olmuşdur”. Rektor məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər, vətənimizin və universitetimizin adını daim uca tutmağı arzu edib.
Tədbirdə valideynlər və tələbələr çıxış edərək universitet kollektivinə təşəkkürlərini bildiriblər.

Tələbələrlə yanaşı BSU Məktəb-Lisey Kompleksindəki təhsilini uğurla başa vuran XI sinif məzunları da diplom və hədiyyələrlə mükafatlandırılıblar.
BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA
BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA
BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA
BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA
BSU-da "məzun günü" keçirildi... - FOTOLAR - MANERA
Aytəkin Qardaşova


Baxış sayı - 1 845 | Yüklənmə tarixi: 25.05.2015 17:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031