manera.az
manera.az

"Oqtay Eloğlu" pyesi səhnələşdirilir

📅 14.10.2019 13:59

"Oqtay Eloğlu" pyesi səhnələşdirilir
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Manera.az xəbər verir ki, teatr bu dəfə Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesini səhnələşdirəcək.

Teatrdan verilən məlumata görə, artıq tamaşanın məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.

Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova və başqaları rol alıb.

Qeyd edək ki, tamaşa noyabrın sonunda tamaşaçılara təqdim olunacaq.


Baxış sayı - 1 287 | Yüklənmə tarixi: 14.10.2019 13:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031