manera.az
manera.az

Balaca tamaşaçılar üçün səhnə əsəri MANERA.AZ

Balaca tamaşaçılar üçün səhnə əsəri MANERA.AZ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa üzərində yaradıcılıq işlərinə start verilib. Rus xalq nağılı “Turpun nağılı”nın motivləri əsasında səhnələşdirilmiş “Möcüzəli turpun nağılı” tamaşasının məşqlərinə artıq bu gündən başlanılıb.

Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Tamaşada Xalq artisti Yasin Qarayev, Əməkdar Artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər.

Balaca balaların böyük maraqla qarşılayacaqları yeni tamaşanın mart ayının əvvəllərində nümayiş etdirilməsi nəzərdə tutulur.

***

Teatrda daha bir tamaşanın məşq prosesi yekunlaşmaq üzrədir. Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan “Dovşanın ad günü” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.

Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı tamaşaçılarımızı repertuarımızı izləməyə dəvət edirik.

Yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının 28-də - məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.

Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031