manera.az
manera.az

“Ceviz ağacı” tamaşasının məşqlərinə başlanılıb

📅 25.01.2017 14:30

“Ceviz ağacı” tamaşasının məşqlərinə başlanılıb

Bu həftədən tanınmış yazıçı-dramaturq Aqşin Babayevin “Ceviz ağacı” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu sözləri İrəvan Dövlət Azərbaycan Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev deyib.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Rolları İftixar Piriyev, Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Səməndər, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Məryəm Qələndərova, Şəbnəm Cəfərova və başqaları ifa edəcəklər.

Səhnə əsərinin premyerası cari ilin aprelində Akademik Milli Dram Teatrında keçiriləcək.


Baxış sayı - 1 269 | Yüklənmə tarixi: 25.01.2017 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031