manera.az
manera.az

Sevgi uçuşları - Sergey Dmitriyevin şeirləri

25-09-2019, 11:55

Sevgi uçuşları - Sergey Dmitriyevin şeirləri
Sergey Dmitriyev 10 iyun 1959-cu ildə Novqorodda doğulub. Şair və naşir, fotoqraf-rəssam və səyyah, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. 1981-ci ildən 1994-cü ilədək "Gənc Qvardiya" nəşriyyatında işləyib. Kiçik redaktordan nəşriyyatın baş redaktoru vəzifəsinədək yüksəlib. Hazırda "Veçe" nəşriyyatının baş redaktoru vəzifəsində çalışır. 1989-cu ildən tarix üzrə fəlsəfə doktorudur.

Möminin duası

Mənə həm güc, həm səbir ver,
Həm lütfdən varını.
İnsanlardan əsirgəmə
Layiq olduqlarını.

Qalanlara uzun ömür,
Gedənlərə min rəhmət.
Aclara doyunca çörək,
Varlılara mərhəmət.

Xəstələrə, ümid, inam,
Dərdlilərə dözüm ver.
Gənclər həddini bilsinlər,
Uşaqlarla özün bil.

Mənə ixtiyar ver, Tanrım,
Sənə dualar edim:
Qoy kainat əbədiyyən
Sevgi ilə süslənsin.


***
Nə əvvəl var, nə axır var,
Var olan bu - hərəkət.
Hamı Allahın altında
Gəzir ömrə bərəkət.

Nə ölüm var, nə də sərhəd,
Adidən əbədiyə.
Sonsuz dünya qarşısında
Dayanıram səcdəyə.

Qınağımız, qeybətimiz -
Əbədiyyət qazanmaq.
Sevgi, övlad, roman, sonet -
Zövqümüzcə yaşamaq.

Nə anlarıq, nə duyarıq
Göylərin diktəsindən:
Boş-boş şeylər, yoxsa da ki,
Ünyetməz ulu sirlər?!

Biz nələrdən zövq alırıq
Sirli günlər selində...
Əfsus, ya sel, ya da tüstü
Od tutan planetdən.

Nə başlanğıc, nə də son var,
Bircə şey var - həyəcan: -
O da Allah qarşısında
Qaçılmaz bir imtahan...

Milad

Meşəyə olmayan bir sükut çöküb,
Duyulur ələnən qarın səsi də.
Elə yorğun düşüb ürəyim bu gün,
Aramla döyünər qış gecəsində.

Şamlar bürünüblər qar örtüklərə,
Arada dolaşan səksəkələr var.
Yenə uşaqlıqda duyduğumuztək
Sözsüz nəğməsini ötür çovğunlar.

Gecə ağuşuna alıb dünyanı,
Hər tərəfə zülmət qaranlıq çöküb.
Ancaq ki, yenə də ülkər çıxacaq
Bir azdan gecənin bağrını söküb.

Bu həmin ulduzdur əsrlər boyu,
İlahi varlığı anladır, bilək...
İnsanla bir gündə doğulub, sanki
Yerdə insanlığın xilaskarıtək.


***
Göylərdən gələn paya
Şükür deyib, kama yet.
Nə ağır günə söylən,
Nə qışından giley et.

Taleyin tufanı da,
Dənizin dalğası da,
Ürəyin yarası da,
Kədəri də, yazı da.

Tərəddüdlü anlar da,
İnamlı addımlar da,
Əhvalın hər cürü də,
Dan da, qaranlıqlar da.

Tənhalığın zülmü də,
Sevgi uçuşları da,
İllərlə ayrılıq da,
Sərt döngələr varı da.

Nəhayətsiz yollar da,
Könül rahatlığı da,
Allahdan ərməğandı,
Səninlədir axırda.

Sadəcə

Sadəcə ol, gözünlə gör
Başın üstə səmanı.
Heç kimə nifrət eləmə,
Özün özünü tanı.

Sadəcə düşün və eşit,
Xatırla və nəfəs al.
Göydən gələn ərməğanı
Dəyərləndir, fikrə dal.

Say günləri, say illəri,
Taleyinə şükr elə.
Darda, çətində olsan da
Çalış gətirmə dilə.

Sadəcə yaşa və inan,
Həyat bir möcüzədir.
Biz yalnız addım atırıq,
Gələn göylərdən gəlir.

Rus dilindən tərcümə edən:
İbrahim İlyaslı

Sevgi uçuşları - Sergey Dmitriyevin şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031