Azərbaycan mədəniyyətinə ağır itki üz verib.Tanınmış teatrşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə bu gün iyulun 31-də uzun sürən xəstəlikdən sonra vəfat edib.Kəmalə Cəfərzadə ilə vida mərasimi avqustun 1-də saat 12.00-da Təzəpir məscidində keçiriləcək.
Görkəmli yazıçımız Əzizə Cəfərzadənin yadigarlarından biri olan Kəmalə Cəfərzadə 1950-ci ildə Şirvan şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Bir müddət AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində çalışıb, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi, 1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb.Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində əvvəlcə redaktor, sonra isə şöbə müdiri vəzifəsində çalışan Kəmalə Cəfərzadə 2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Allah rəhmət eləsin!Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 011 |
Yüklənmə tarixi: 01.08.2019 09:30