manera.az
manera.az

Rəşad Əhmədzadənin doğum günüdür|MANERA.AZ

📅 03.04.2017 11:25

 Rəşad Əhmədzadənin doğum günüdür|MANERA.AZ


Bu gün Abulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru və "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidenti Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhməd-zadənin doğum günüdür.

Qeyd edək ki,Rəşad Rüfət oğlu Əhməd-zadə 3 aprel 1963-cü ildə Bakı şəhərində tanınmış yazıçı Rüfət Əhmədzadənin evində anadan olub.172 saylı orta məktəbdə bitirib. (1970-1980).

Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhməd-zadə hərbi xidmətdən (1981-1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq burada səhnə maşinisti, radio-texnik, işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri, direktor müavini kimi vəzifələrdə işləyib.

1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.

2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Manera.az saytının kollektivi adından Rəşad Əhməd-zadəni təbrik edirik ona can salığı uzun ömür arzu edirik,işlərində uğurlar arzu edirik...


Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 809 | Yüklənmə tarixi: 03.04.2017 11:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031