manera.az
manera.az

Payız üstümə gəlir... - ELÇİN ƏLİBƏYLİ yazır | MANERA.AZ

📅 25.09.2015 23:11

Payız üstümə gəlir... - ELÇİN ƏLİBƏYLİ yazır | MANERA.AZ
MANERA.AZ Elçin Əlibəylinin yeni şeirini təqdim edir:

Payızı necə aldatmışamsa hələ gələ bilmir,
səni mənim əlimdən ala bilmir,
səni çox sevdiyimi bilib
gözünün yaşını,
soyuq gəlişini gizlədib,
itib,
yayın isti havasında...
nə olar mənə inan,
payız da yazıqdır, qoy gəlsin
yoxsa qış düşər birdən
aramıza
sevgimizə
qar yağar birdən...
Payızı hələlik aldatmışam, inan...
İnan, olanım,
inan qalanım,
yoxsa payız üstümə gəlir,
məni qoru, birdənəm!


Baxış sayı - 2 550 | Yüklənmə tarixi: 25.09.2015 23:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930