manera.az
manera.az

Bir ömür borc ödədim...-Şeirlər | MANERA.AZ

Bir ömür borc ödədim...-Şeirlər | MANERA.AZ
Rəfail Tağızadə

Qumru quşu, yer mələyi, göy mələyi

Yayı, qışı bir ayaqda
quşlar görən üşümürmü?
Fəsli çıxarıb halından
qışı yaya düşümürmü?
Bu baxışla, bu yerişlə
görən məni düşünmürmü?
Qumru quşu,
yer mələyi, göy mələyi.
Bu nə yerişdi yeriyirsən?
Hara gedirsən, ha yana?
Salmısan məni ardına,
gəlirəm addım-addıma.
Qumru quşu,
yer mələyi, göy mələyi.
Səni verən yer üzünə
nədən verdi, bilirsənmi?
Baxışınla, duruşunla,
yerişinlə,
sükutunla danışırsan.
Bilirsənmi?
Sən mənə yeriş öyrətdin,
sən mənə baxış öyrətdin,
Bu dünyanın gözəlliyin -
sən mənə naxış öyrətdin.
Mən unutdum bildiyimi,
yazdığımı, sildiyimi,
susduğumu, dindiyimi.
Qumru quşu,
yer mələyi, göy mələyi.
Çıxarıb məni özümdən,
apar məni aləminə.
Apar məni,
sən olan yer
bu dünyanın cənnət yeri,
sənət yeri.
Səndən gözəl yazımı var?
Bu dünyanın
səndən gözəl yazımı var?
Qumru quşu,
yer mələyi, göy mələyi.
Bu dünyanın xoş diləyi,
Qumru quşu...

Üstümə dərd ələmə

Allah,
çəkəcəyim dərdi sən,
sən mənim özümə ver.
Özgəsinə dərd verib
məni dərdə bələmə.

Doğma bilmir, yad bilmir,
dərdin səpir sinəmə,
unuduram dərdimi
üstümə dərd ələmə.

Sevincə ha qaçıram
qəm üstünə qəm gəlir,
bir ömür borc ödədim,
sonda hər şey kəm gəlir.

Mənlik olan dərdimin
dərmanı tamam yaddı,
ha dərdimə ad qoydum -
qalan sən qoyan addı.

Allah,
çəkəcəyim dərdi sən,
sən mənim özümə ver.
Özgəsinə dərd verib
məni dərdə bələmə.

unuduram dərdimi
üstümə dərd ələmə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031