manera.az
manera.az

Cavid milli deyil, dünyavidir - Elçin Əlibəyli | MANERA.AZ

Cavid milli deyil, dünyavidir - Elçin Əlibəyli | MANERA.AZ
Manera.az
Bu günlərdə filosof Ağalar Məmmədov meydan.tv saytında çap olunan məqaləsində Azərbaycanın klassik şairi və dramaturqu Hüseyn Cavidi Türkiyə türkcəsinə münasibətinə görə “Türkiyənin qulbeçəsi” adlandıraraq Cavidin “dilimizi zibilləməkdə” ittiham edib.

Manera.az son günlərdə mətbuatda gedən Hüseyn Cavid polemikası ilə bağlı Elçin Əlibəylinin fikirlərini təqdim edir:

"Hüseyn Cavid ədəbiyyatımızın bəşəri dəyərləri çözən nadir simalarındandır. Müəllif kimi milli deyil, dünyavidir.

Ədəbiyyatımızın bir böyük mərhələsinin məntiqi davamıdır.

Mənə görə "İblis" əsəri bədii həllinə və ideya-məzmun yükünə görə "Faust"-dan daha üstündür. Ayrı janrlarda yazılmaqlarına baxmayaraq."İblis" insan mahiyyətini meydana çıxarır. Bu cür açılışlar Cavid əfəndidə heç də indi heyranlıqla sitat gətirdiyimiz Dostoyevskidən pis alınmayıb.

Dil məsələsində mənə elə gəlir ki, qəlbən turançı olan Cavid ortaq bir dil forması axtarırdı. Hansısa bir ədibin dil-üslub məziyyətləri tənqid oluna bilər, amma təhqir hədəfinə çevrilə bilməz. Cavid dahidir, onu qoruyaq."

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031