manera.az
manera.az

Teatrlarımızın "sezon finalı"

📅 30.06.2019 19:40

Teatrlarımızın "sezon finalı"
2018-2019-cu il teatr mövsümü başa çatır. Manera.az paytaxtda fəaliyyət göstərən bir sıra teatrlarla əlaqə saxlayıb mövsümü hansı tamaşa ilə pərdələrini bağlayacaqlarını öyrənib.


Akademik Milli Dram Teatrı cari mövsümü Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan, rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan "Qarabağnamə" ilə başa vuracaq. Tamaşa 15 iyul 19:00-da oynanılacaq.

Dövlət Gənc Tamaşaçılar Teatrı isə Lars Nurenin "Mən gəldim qızlar" (Müharibə) tamaşası ilə sağollaşmağı planlaşdırır. Teatr özünün 91-ci mövsümünə iyulun 7-si 19:00-da yekun vuracaq.

Dövlət Akademik Musiqili Teatrındasa 109-cu mövsüm yekunlaşmaq üzrədir. Mövsümün son səhnə əsəri Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşası olacaq. 14 iyul saat 19:00-da oynanılacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Abdulla Şaiq adına Kukla Teatrı son olaraq Qurban Məsimovun quruluşunda türk xalq nağılı "Kəloğlan" tamaşasını nümayiş etdirəcək. Tamaşa 14 iyul 12:00, 14:00-da baş tutacaq.

MANERA.AZ


Baxış sayı - 901 | Yüklənmə tarixi: 30.06.2019 19:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930