manera.az
manera.az

Türkçülüyə xələl gətirən işlərlə məşğul olmayın! - Vahid Aslan - MANERA.AZ

Türkçülüyə xələl gətirən işlərlə məşğul olmayın! - Vahid Aslan - MANERA.AZ

Qeyd etdiyimiz kimi, Bakıda "Anar" şadlıq sarayında "Avrasya Şairləri Antologiyası"nın Bakı görüşü qalmaqalla nəticələnib. Belə ki, antologiyanın məlum 19 may faciəsi ərəfəsində çal-çağırla təqdimatı və ciddi nöqsanları yazarlar tərəfindən birmənalı qarşılanmayıb. Manera.az-ın araşdırması olan məlum olaya yazarlar müxtəlif münasibət bildirməkdə davam edirlər.


Türkiyə - Azərbaycan ədəbi əlaqələrindən reaksiya.az-a danışan şair – publisist Vahid Aslan qeyd edib ki, bir qrup adını "yazar", "türkçü" qoyan insanlar başlayıblar Türkiyə-Azərbaycan ədəbi əlaqələri adı altında şou yaratmağa. Məsələnin mahiyyətinə varanda görürsən ki, bu ad altında qruplar yaradanlar istər Türkiyə tərəfdən, istərsə də Azərbaycan tərəfdən ədəbiyyatda elə bir ciddi uğuru olmayan, ədəbi mühitdə ciddi qəbul olunmayan adamlardır. Sadəcə onların ambisiyaları və iddiaları gördükləri işin keyfiyyətindən qat-qat yuxarıda dayanır.

Türkiyədə çapdan çıxmış, yazarlar tərəfindən kəskin tənqid olunan “Avrasiya şairləri antalogiyası”na da münasibət bildirən Vahid Aslan antologiyanı gördükdə Türk yazarı olduğu üçün utanc hissi keçirdiyini bildirib: "Belə işlərə görə dünya da bizə lağ edir və gülür. Əslində belə işlərin iki qardaş ölkənin ədəbi, tarixi, mədəni əlaqələrinə o qədər də xeyri yoxdur. Bunu həm də Türkiyə tərəfin ciddi ədəbiyyat adamları da belə qiymətləndirir. Həmin qruplara xatırlatmaq istəyirəm ki, TÜRKÇÜLÜK bu ad altında manipulyasiya etməkdən çox-çox yuxarıda dayanan şərəfli bir missiyadır. Xahiş edirəm, bu ada xələl gətirən işlərlə məşğul olmasınlar."- deyə sözlərinə əlavə edib.

Manera.az-ın ciddi problem kimi qabarddığı bu problemə biganə olmadığını qeyd edən Vahid Aslan bir gün öncəki tədbir haqqında fikirlərini bölüşüb: "Həm Atatürk mərkəzində, həm də "Anar" şadlıq sarayında təşkil edilən tədbirlərə dəvət olunmuşdum. Atatürk mərkəzində təşkil olunan tədbirə getdim. Ağız deyəni qulaq eşitmədiyindən və dəyirmi masada yerini rahatlamış "yazarları" müşahidə etdikdən sonra, eləcə də Türkiyədən təşrif buyurmuş kişilərin boynuna sarılan qadınlarımızı gördükdən sonra əsəbiləşərək tədbiri tərk etdim."

Vahid Aslan belə tədbirlərə etiraz əlaməti olaraq, ertəsi gün şadlıq evində düzənlənən tədbirə getmədiyini qeyd edir: "Mənim heç kimlə şəxsi qərəzliyim yoxdur. Lakin real olaraq, gördüklərimdən çıxış edərək bu qənaətə gəlirəm ki, hay-küylü tədbirlər olan yerdə ciddi ədəbiyyata dəxli olan əsərlər yarana bilməz. Ədəbi mühitdə yaxşı mənada fərqlənmək istəyənlər, ortalığa ciddi ədəbi məhsullar qoysunlar. Yoxsa, süni şəkildə “ədəbi əlaqələr yaradıram” - adı altında özlərinin iyrənc məqsədləri xətrinə şoular yapmasınlar. Qaldı ki, konkret adlarını çəkməməyimə, onları artıq hamı yaxşı tanıyır..." deyə fikrini tamamlayıb.

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31