manera.az
manera.az

"Qanlı Yanvar" filmi mükafata layiq görülüb | MANERA.AZ

"Qanlı Yanvar" filmi mükafata layiq görülüb | MANERA.AZ

Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan "Qanlı Yanvar" filminin 39-cu Monreal Dünya Film Festivalında nümayişi uğurla baş tutub.

MANERA.AZ xəbər verir ki, filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak edib.

Rejissor Vahid Mustafayevin şahidi olduğu faktlar əsasında çəkdiyi "Qanlı Yanvar" filmi nümayişdən sonra mükafata layiq görülüb.

Diplom festival prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafayevə təqdim edilib.

Serxio Lis uzaq bir ölkədən gələn hansısa bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirərək, gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 65-dən çox ölkənin qatıldığı film festivalında Azərbaycanı "Qanlı Yanvar" filmi təmsil edib.


Baxış sayı - 2 236 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031