manera.az
manera.az

Akademik Musiqili Teatrı işə qəbul elan edir

📅 31.05.2019 19:31

Akademik Musiqili Teatrı işə qəbul elan edir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir:

Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)
Xor artisti
Orkestr ifaçılığı
Xoreoqrafiya sənəti


Müsabiqənin şərtləri:

– Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

– Sənədlərin qəbulu 01 iyul 2019-cu ilə qədər davam edəcək.

Tələb olunan sənədlər:

– Şəxsiyyət vəsiqəsinin surəti

– Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

– Əmək kitabçasının surəti

– Tərcümeyi-hal

– Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

– 2 fotoşəkil (3×4)

– Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

E-mail ünvanı: info@musiqiliteatr.az


Baxış sayı - 1 723 | Yüklənmə tarixi: 31.05.2019 19:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031