manera.az
manera.az

Nazirlik müsabiqə elan etdi

📅 01.02.2019 13:06

Nazirlik müsabiqə elan etdi
Mədəniyyət Nazirliyi Qeyri-hökumət təşkilatları üçün 2019-cu il üzrə müəyyən edilmiş tədbirlər, müsabiqələr barədə elan verib.

Manera.az siyahını təqdim edir:

-2019-cu il 30 iyun–10 iyul tarixində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili.

-Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması.

-Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.

-Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi.

Müsabiqədə iştirak etmək istəyən QHT-lər martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

-QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

-Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

-Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

-Tədbirin keçiriləcəyi yer və tarix;

-Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

-Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.


Baxış sayı - 1 091 | Yüklənmə tarixi: 01.02.2019 13:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031