manera.az
manera.az

Nəsimiyə həsr olunmuş məqalə müsabiqəsi elan edildi

Nəsimiyə həsr olunmuş məqalə müsabiqəsi elan edildi
“Kaspi” qəzeti “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə “Nəsimi ili” çərçivəsində “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinə start verib.

Müsabiqəyə əsər qəbulunun şərtləri:

Müsabiqəyə elmi və publisistik məqalələr qəbul edilir Təqdim edilən əsərlər nasimimusabiqesikaspi@gmail.com elektron ünvanına göndərilir. Elektron məktubda müəllifin əlaqə nömrəsinin qeyd edilməsi vacibdir.

Daha öncə dərc və çap olunmuş əsərlər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak edəcək namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalələrin həcmi 5.000-30.000 (beş-otuz min) işarə (probelsiz) olmalıdır.

Müsabiqəyə əsər qəbulu 2019-ci ilin 21 yanvarından, həmin ilin 20 mayına qədər davam edəcək.

Müsabiqənin mükafatlandırılma mərasimi 2019-cu ilin oktyabr ayında keçiriləcək.

Müsabiqənin mükafat fondu:

Mükafat diplom və puldan ibarətdir.

I yer – 1000 (min manat) manat – (bir yer)

II yer – 700 (yeddi yüz) manat – (bir yer)

III yer – 500 (beş yüz) manat – (bir yer)

Həvəsləndirici mükafat – 150 (yüz əlli manat) manat – (altı yer)

Müsabiqəyə təqdim olunan əsərlər üçün lazımi sənəd:

Şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqənin iş prosesi:

Məqalələr nömrələnmiş qaydada (imzasız) mükafatın işçi qrupuna (ekspertlərə) təqdim edilir. İşçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflər heyətinin üzvlərinə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə isə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031