manera.az
manera.az

Kamal Abdulla: "Biz gənclərə sahib çıxmalıyıq" - MANERA.AZ

📅 09.09.2015 15:36

Kamal Abdulla: "Biz  gənclərə sahib çıxmalıyıq" - MANERA.AZ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun www.sim-sim.az mədəniyyət portalının təqdimat mərasimində akademik Kamal Abdulla Yaradıcılıq Fondunun gələcək planlarından da danışıb.

MANERA.AZ xəbər verir ki, müşavir çıxışında qeyd edib ki, ölkədə son zamanlar tolerantlıq, multikulturalist ideyalar həyatın bütün sahələrində özünü göstərir: “Bu, ölkə başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlər görülür. Biz saytın fəaliyyəti ilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətindəyik. Ədəbiyyatdan, rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin insanlara diqqət və qayğı göstərəcək, onları bir daha öz işlərinə qaytaracağıq. Mükafatlar, müsabiqələr təşkil etmək niyyətindəyik. Mən işimlə bağlı Azərbaycanın bölgələrində oldum. Bölgələrdə qruplarla bekar gənclər gördüm. Biz bu gənclərə də sahib çıxmalıyıq. Bu gənclərin maariflənməsi üçün bölgələrdə mərkəzlər yaratmağı nəzərdə tuturuq. Həmin gənclər mərkəzlərdə təhsil alacaq və onları marağını artırmaq üçün müəyyən sertifikatlar, hətta təqaüdlər də veriləcək. Qoy, universitetə qəbul ola bilməyən gənclər, burada özlərini universitetdəki kimi hiss etsinlər. Yəni, öz bacarıqlarını kəşf etsinlər”.

MANERA.AZ


Baxış sayı - 3 167 | Yüklənmə tarixi: 09.09.2015 15:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031