“Qafqaz - Media” İB xanımları təltif edib
![]()
“Qafqaz - Media” İctimai Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub
Manera.az xəbər verir ki, tədbir bu gün “Min bir gecə” restoranında baş tutub.
Tədbirdə İB-in sədri Hacı Azadə Taleh Abbasqızı, ictimai-siyasi həyatda yaxından iştirak edən fəal qadınlar - Milli Məclisin deputatları, alimlər, təhsil işçiləri, jurnalistlər və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə açılış nitqini İB-in sədri Hacı Azadə Taleh edib.
Azadə Taleh çıxışında qadınları təbrik edərək bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə,fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə, Azərbaycan qadınının xüsusiyyətləri ilə tanınmışdır.
Sədr 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən bütün qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıb, onlara müxtəlif nominasilar üzrə diplomlar və hədiyyələr təqdim edib.
Çıxış edənlər bu gün də fədakarlıqla çalışan xalqımızın fəxr və qüruru olan neçə-neçə qadın-müəllim, həkim, elm xadimi yetirməsindən, parlament və bələdiyyə seçkilərində böyük əzmkarlıq göstərmələrindən, yüksək məsul vəzifələrdə çalışaraq Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmət edən xanımlardan söhbət açıblar.
Tədbirin davamında mədəniyyət xadimlərinin iştirakı ilə rəngarəng proqramla konsert olub və qadınların şərəfinə ziyafət verilib.
Şəhla Aslan,
Manera.az![]()
![]()

![]()