manera.az
manera.az

Jurnalistlər mükafatlandırılıb | MANERA.AZ

📅 19.07.2016 15:00

Jurnalistlər mükafatlandırılıb | MANERA.AZ
“Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçiliği ilə Azərbaycan milli mətbuatının yaranmasının 141 illiyinə həsr edilmiş tədbir keçirilib

İB-nin sədri Azadə Taleh Abbasqızı milli mətbuatımızın keçdiyi şərəfli tarixi yola nəzər salıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, media nümayəndələrinə göstərdiyi diqqətə görə “Qafqaz Media” İctimai Birliyinə minnətdarlığını bildirib. O, jurnalist adının müqəddəsliyindən söhbət açıb, gənc qələm sahiblərinə bu adı şərəflə daşımağı tövsiyə edib.

Tədbirdə bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.

Yüzdən çox mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda diplom və mükafat təqdim olunub. Mükafat alanlar sırasında AZƏRTAC-ın da əməkdaşı var.

Tədbirdə incəsənət, musiqi və teatrda fərqlənən görkəmli sənətkarlara da qurumun “Qafqaz” mükafatı təqdim olunub.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Jurnalistlər mükafatlandırılıb | MANERA.AZ



Baxış sayı - 1 584 | Yüklənmə tarixi: 19.07.2016 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031