manera.az
manera.az

Rəsm müsabiqəsi elan olundu – Xocalı haqda

Rəsm müsabiqəsi elan olundu – Xocalı haqda
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Soyqırım” adlı respublika rəsm müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini martın 25-26-da saat 10:00-dan-18:00-dək Azərbaycan Rəssamlar İttifaqına (Ünvan: Bakı ş. Xaqani küçəsi 43, Tel: 493-62-30) təqdim edə bilərlər. Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda, dövlətimizin ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət janrında olan əsərlər qəbul olunacaq.

Təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxılacaq. Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” qeyd olunmalıdır. Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılara sonda pul mükafatı və diplom təqdim olunacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31