manera.az
manera.az

Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib

📅 06.01.2019 12:54

Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib
Azərbaycan Teatr Xadimləri İttifaqı “10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqə elan edib.

İttifaqdan Manera.az-a bildirilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilir.

Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinə təqdim etməlidirlər.

Qaliblər Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə pul mükafatı və diplomlarla təltif olunacaq.

Birinci yerin qalibinə 250, ikinci yerin qalibinə 200, üçüncü yerin qaliblərinə isə 150 manat məbləğində pul mükafatı veriləcək.

MANERA.AZ


Baxış sayı - 1 540 | Yüklənmə tarixi: 06.01.2019 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031