manera.az
manera.az

Dahi Hüseyn Cavid irsinin izahlı kataloqu - MANERA.AZ

Dahi Hüseyn Cavid irsinin izahlı kataloqu - MANERA.AZ
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi tərəfindən dahi şair və dramaturq Hüseyn Cavid və Cavidlər ailəsinin irsinin təbliği məqsədilə izahlı kataloq hazırlanır.

Muzeydən bildiriblər ki, bu elm müəssisəsinin direktoru, cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının elmi rəhbərliyi ilə hazırlanan izahlı kataloqda böyük dramaturq, filosof şair H.Cavid və Cavidlər ailəsinin üzvlərinə aid muzeyin fondunda qorunan və sərgilənən eksponatların (əlyazmalar, kitablar, dövrü mətbuat materialları, sənədlər, incəsənət nümunələri və s.) hər biri haqqında izahlı məlumat verilir.

Hazırda muzeyin fondunda mühafizə olunan 10 min 735 eksponatın böyük bir hissəsi haqqında lazımi məlumatlar toplanıb və sistemləşdirilib.

Nəşr ediləcək izahlı kataloqun dahi Hüseyn Cavidin və Cavidlər ailəsinin zəngin irsinin təbliğində əhəmiyyətli rolu olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31