manera.az
manera.az

Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu | MANERA.AZ

Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu | MANERA.AZ

Cari ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, konfrans böyük sənətkarın anadan olmasının 133-cü ildönümünə həsr edilib.

Konfransda “Gənc nəslin mənəvi inkişafında Hüseyn Cavid yaradıcılığının yeri və rolu”, “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində”, “Hüseyn Cavidin ideya-mənəvi düşüncə tərzi məktəblilərin bədii-estetik zövqünün formalaşdırılması metodu kimi”, “Ədəbiyyatın və dilin tədrisində mənəvi dəyərlər problemi (Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və öyrədilməsi kontekstində)” və digər istiqamətlər üzrə məruzələr dinləniləcək.

Ətraflı məlumatı Hüseyn Cavidin Ev Muzeyinin muzey@huseyncavid.com saytından əldə etmək olar. Telefon: (012) 492-06-57.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31