manera.az
manera.az

Azərbaycan dilinin böyük izahlı lüğəti hazırlanır | MANERA.AZ

Azərbaycan dilinin böyük izahlı lüğəti hazırlanır | MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin böyük izahlı lüğəti” və yeni orfoqrafiya lüğəti hazırlanır.

Bu barədə institutun tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli məlumat verib.

Hər iki lüğətin Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlandığı bildirilib. Şöbə müdiri qeyd edib ki, “Azərbaycan dilinin izahlı lüğəti” 1966-87-ci illərdə AMEA-nın müxbir üzvü Əliheydər Orucovun rəhbərliyi ilə dörd cilddə nəşr olunub. Bu lüğət 2005-ci ildə latın qrafikası ilə çap edilib. Sonralar şöbədə üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib. Burada isə cümlələrin yox, ancaq sözlərin mənaları verilib.

İ.Məmmədli deyib ki, 2004-cü ildə AMEA-nın müxbir üzvü Ağamusa Axundovun redaktorluğu ilə 80 min sözdən ibarət “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb. Lüğətin 2013-cü ildəki nəşrinə isə 30 mindən çox yeni söz əlavə edilib və burada ümumilikdə 110 min 563 söz verilib.

Azərbaycanda orfoqrafiya lüğətinin altı dəfə nəşr olunduğunu söyləyən İ. Məmmədli onun yenidən çapa hazırlandığını bildirib. Vurğulanıb ki, bu lüğətə minədək yeni sözün daxil edilməsi nəzərdə tutulur. Ancaq başqa dillərdən alınan bu sözlər institutun elmi şurasında müzakirə olunduqdan sonra nəşrə daxil ediləcək. Yeni orfoqrafiya lüğətinə əlavə edilən sözlər “Azərbaycan dilinin izahlı lüğəti”nə də daxil ediləcək. Çünki 1960-cı illərdən 1987-ci ilədək çap olunan dörd cildlikdə bu sözlər yoxdur. Eyni zamanda, müstəqillik dövründən sonra yaranan sözlər də lüğətə əlavə olunacaq.

Dilçi alim yeni sözlərin ayrıca lüğət şəklində çap ediləcəyini də bildirib. / AzərTac






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930