manera.az
manera.az

“Ən yaxşı rejissor işi” - MANERA.AZ

“Ən yaxşı rejissor işi” - MANERA.AZ


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev 18-23 avqust tarixlərində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində “Teatr tətili” yay məktəbində iştirak edib. Bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə aktyorumuz ustad dərsləri ilə çıxış edib.
2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri" qurumunun qərarı ilə adıçəkilən aktyorumuz iki nominasiya ilə də mükafatlandırılıb.

Teatrın mətbuat xidmətindən manera.az-a verilən məlumata görə, “Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb.

“Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin may ayında Türkiyə Cumhuriyyəti Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən “Qaçaq qocalar” tamaşası layiq görülüb.
Məlumat üçün bildirək ki, sözügedən tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən “Rejissorluq emalatxanası”nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

TURAN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031