manera.az
manera.az

Şəhid mayor haqqında kitab çap olundu

📅 08.02.2019 21:27

Şəhid mayor haqqında kitab çap olundu
2017-ci il fevral ayının 25-də torpaqlarımızın toxunulmazlığı və ərazi bütövlüyü uğrunda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş gənc zabit, mayor Aqşin Abdullayevin xatirəsinə ithaf olunmuş kitab çap olundu.

Kitab respublikamızın tanınmış nəşriyyatlarından olan “Elm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik tərtibatla buraxılıb.

Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovdur.

Kitabda Şəkinin Kiş kəndində doğulub boya-başa çatmış, Azərbaycan Milli Ordusunun gənc zabiti, erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş mayor Aqşin Abdullayevin ömür və döyüş yolundan söhbət açılır. Vətən, torpaq və əsgəri uğrunda öz canını əsirgəməyən qəhrəman zabitin ömür yolu gənc nəslin vətənpərvərlik, insansevərlik, torpağa bağlılıq ruhunda tərbiyəsində örnək rolunu oynayır.

Kitab torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən qəhrəman eloğlumuzun, Vətənimizin igid zabitinin həyat yolu ilə tanış olmaq istəyən bütün oxucu qrupları üçün nəzərdə tutulub.

MANERA.AZ


Baxış sayı - 1 933 | Yüklənmə tarixi: 08.02.2019 21:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031