manera.az
manera.az

Bir daha qanlı tarix yazıldı... | MANERA.AZ

📅 11.05.2016 12:14

Bir daha  qanlı tarix  yazıldı... | MANERA.AZ

Azərbaycan Xalqının müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Biz şəhidlər verərək, qan tökərək üç rəngli bayrağımızı qaldırmışıq. Şəhidlik qanı bayrağımızın üzərində dalğalanmaqdadır. Yaxın keçmişimizə bu qanlı tarix bir daha yazıldı.

Aprel ayında yenidən alovlanan düşmən təxribatının qarşısını qəhrəman Azərbaycan ordusu, şücaətli əsgər və zabitlərimiz fədakarcasına aldı.

Düşmənə layiqli cavab verərək, geri oturduldu. Ordumuz onlara sarsıdıcı zərbələr vurdu və təmas xəttində üstünlük əldə edildi. Bütün bunlar xalqımızı, Azərbaycan gənclərini fərəhləndirir. İnsanlar meydanlarda bayraq qaldırıb Vətən sağ olsun şüarları səsləndirdilər. Bayraqlar eyvanlarımızı, yollarımızı, meydanlarımızı bəzədi. Xalqımız bu çətin günlərdə, dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı. Nə yazıq ki bu döyüşlərdə şəhidlər verdik. Onlar ölümün gözünə dik baxaraq, ölüm haqqında düşünmədən, qorxmadan qəhrəmancasına həlak oldular.

Böyük şair Nihal Atsızın dəyərli misraları məhz onlar haqqındadır.

Kahramanlık ne yalnız bir yükseliş demektir,
Ne de yıldızlar gibi parlayıp sönmektir.
Bunun için ölüme bir atılış gerekir.
Atıldıktan sonra bir daha dönmemektir...


Bu günlərdə ADPU-nun Şamaxı filialında Şamaxı şəhidləri bir daha anıldı. Bir daha onların qəhrəmanlıqları haqqında tələbə gənclərimizə danışıldı. Bu qəhrəmanlıq nümunələri tələbələrə danışıldı, səhnələşdirildi, onlara həsr edilmiş şeirlər deyildi. Bütün bunlar tələbə - gənclərimizə bir qəhrəmanlıq, mətinlik, şücaət dərsləri idi.
Bir daha  qanlı tarix  yazıldı... | MANERA.AZ
"Şəhidimiz vüqarımızdır" - adlı anım tədbirində ADPU-nun Şamaxı filialının direktoru filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış edərək son günlərdəki döyüşlərdə həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmiş Nazim Zəkəralıyev, Elşən Səmədov və Samir Qocayev haqında - onların keçdiyi qəhrəmanlıq yolu haqqında ətraflı danışdı. Onlar Şamaxıda doğulub boya başa çatmış, Vətən üçün vuruşmuş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşaraq canlarını fəda etmişlər.

Tədbirdə universitetin müəllim və tələbə kollektivi, şəhidlərin valideynləri, yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirin təşkili, aparıcıları tələbələrin özlərinin aparması xüsusilə əhəmiyyətlidir. Bu möhtəşəm tədbirin keçirilməsində universitetin Tələbə Gənclər Təşkilatının sədri Südabə Əlibəylinin, bu təşkilatın fəal üzvləri olan Fəridə Əzimzadənin, Vüsal Şirinovun və başqaları xüsusi fəallıq göstərməsi yüksək dəyərləndirilməlidir. Bütün bunlar tələbələrin qəhrəmanlıq, şəhidlik , mübarizlik nə demək olduğunu daha yaxından anlamalarına kömək edir.

Tədbirdə iştirak edən şəhid valideynlərinin, həssas iştirakçıların göz yaşlarını tuta bilməmələri tədbirin yüksək emosionallığından xəbər verdiyi kimi, tələbələrin də bütün bunları həssaslıqla izləmələri böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

Rüfət Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor






Baxış sayı - 1 938 | Yüklənmə tarixi: 11.05.2016 12:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031