manera.az
manera.az

Ordumuza dəstək mitinqləri davam edir - Video

📅 08.04.2016 12:06

Ordumuza dəstək mitinqləri davam edir - Video
Ağcabədi rayonunda Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına dəstək aksiyası keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları,hüquq mühafizə orqanlarının rəhbərləri, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər , Qarabağ müharibəsi əlilləri, veteranlar, ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya iştirakçıları şəhərin mərkəzindən Füzuli küçəsindən Heydər Əliyev parkına yürüş ediblər. Yürüş iştirakçıları Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların qanını yerdə qalmayacağını söyləyiblər.

Yürüş boyu vətənpərvərlik haqqında şüarlar səsləndirilib.

Yürüş iştirakçıları torpaqlarımızın erməni separatçılarından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını, Prezident Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözlədiklərini dönə-dönə bildiriblər.Hazırlanan şer kompazisiyası tədbiri daha da canlardırdı.


Baxış sayı - 1 844 | Yüklənmə tarixi: 08.04.2016 12:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930